Azərbaycanda özəl və qeyri-neft sektorunun əmək haqqından vergidən azad edilməsi ilə əlaqədar olaraq, özəl sektorda çalışan bir sıra şirkətlər əlavə vəsaitə qənaət etməyə başlayıblar. FED.az xəbər verir ki, bəzi şirkətlər əldə etdikləri vəsaitləri işçilərinin maaşlarının artımına, digərləri isə şirkətin digər ehtiyaclarına yönəldirlər.
Eləcə də bax: Sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı - MÜHÜM AÇIQLAMA
Əmək haqqından vergi güzəştinin tətbiqi nəticəsində Azərbaycanın aparıcı biznes qurumlarınan olan «AtaHoldinq»də əmək haqları yüksəlib. Bu barədə FED.az-a qurumun ictiaiyətlə əlaqələrinin rəhbəri Dilarə Zamanova bildirib. Onun sözlərinə görə, bu yeniliklə əlaqədar olaraq təmsil etdiyi holdinqdə əmək haqları yüksəlib: «Başqa cür ola bilməsi mənim heç ağlıma da gəlmirdi»-deyə D.Zamanova bildirib.