"Amazon" korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.
FED.az xəbər verir ki, bu barədə məlumat cümə axşamı şirkətin hesabatında yer alıb.
Eləcə də bax: Azərbaycandakı alman şirkətlərinin sayı – AÇIQLANDI
31 dekabr 2018-ci tarixində başa çatan 12 aylıq dövr ərzində göstərilən məbləğ aksiya hesablamasında 20,14 mlrd. dollar təşkil edib, gəlirlər 232,9 mlrd. dollara çatıb.
Hər iki göstərici 2017-ci ilin göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artım nümayiş etdirib.