İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ELƏCƏ DƏ BAX: "Azərbaycanda sahibkarlar əslində – BAŞQASININ PULLARINI IŞLƏDIR"
Nazirlikdən FED.az-a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Almaniya arasında indiyədək 70-dən çox sənəd imzalanıb.
Qeyd edilib ki, Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.
Nazir iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 61 faizdən çox artdığını qeyd edib.
Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 mln. dollar, Azərbaycan tərəfindən isə Almaniyaya 124 mln. dollar investisya yatırılıb.
Azərbaycandakı alman şirkətlərinin sayı – AÇIQLANDI
21:10
31 Yan 2019