Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1425-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, qanuna dəyişiklik Hesablama Palatasının fəaliyyət istiqamətləri və vəzifələri ilə bağlıdır.
ELƏCƏ DƏ BAX: Bu qanunlar dəyişir - SİYAHI
İndiyə qədər Hesablama Palatası icmal büdcənin layihəsinə və icrasına dair rəy verib. Bundan sonra isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcənin layihəsinə və icrasına dair rəy verəcək.
Hesablama Palatasına büdcəyə dair yeni vəzifə verildi – SƏRƏNCAM
20:47
25 Yan 2019