Azərbaycanda 2018-ci ildə avtomobil istehsalı 31 dəfə artıb.
FED.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, keçən il maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282 milyon manatlıq məhsul istehsal edilib.
ELƏCƏ DƏ BAX: Türkiyədə ən çox satılan - 10 AVTOMOBİL, SİYAHI
Beləliklə, 2017-ci illə müqayisədə avtomobil istehsalı 31 dəfə artıb, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 67,3 faiz azalıb. İl ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 1303 ədəd traktor, 973 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 2,2 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,2 faiz isə artıb.
Avtomobil istehsalında - KƏSKİN ARTIM
20:19
21 Yan 2019