2018-ci ildə Türkiyədə 620 937 ədəd minik avtomobili satılıb ki, bu da əvvəlki ilə nisbətən 35,1% azdır.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu 2009-cu ildən bu yana qeydə alınan ən aşağı satışlardır.
Ötən il satışların lideri son 3 ildə bu kürsünü əldən verməyən Fiat Egea olub. Beləliklə qardaş ölkədə ən çox satılan avtomobillərin top 10-nu belədir:
Eləcə də bax: Daha bir ölkə benzin və dizel maşınlardan - İMTİNA EDİR
10. Opel Astra – 12 409 ədəd satılıb (satışlar 2017-ci ilə nisbətən 54,1% azalıb)
9. Ford Focus – 10 722 (-41,3%)
8. Dacia Duster – 12 951 (-23,7%)
7. Nissan Qashqai – 14 962 (-24,4%)
6. Volkswagen Passat – 22 322 (-24,7%)
5. Toyota Corolla – 23 576 (-11,5%)
4. Honda Civic – 25 139 (+31%)
3. Renault Clio – 26 460 (-28,8%)
2. Renault Megane – 31 502 (-27,5%)
1. Fiat Egea – 36 649 (-23,2%)