«Azərbaycan Sənaye Bankı» (ASB) 2018-ci ilin yekunu üzrə problemli kreditlərinin məbləğini aşıqlayıb.
FED.az bankın hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin sonuna «Azərbaycan Sənaye Bankı»nın kredit portelinin məbləği ötən ilə nisbətən 4,31% azalaraq 285 mln 977,5 min manata enib.
Bankın kredit portfeli ilə yanaşı problemli kreditlərinin də məbləği azalıb. Belə ki, «ASB» 2017-ci ili 7 mln 118,8 min manat problemli kreditlə başa vurmuşdu. Həmin məbləğin bankın kredit portfelində xüsusi çəkisi 2,38% idi. 2018-ci ildə isə bankın problemli kreditlərinin məbləği 6 mln 433,7 min manat və kredit portfelində xüsusi çəkisi 2,25% təşkil edib. Başqa sözlə, problemli kreditlərin məbləği 9,62% azalıb.
Eləcə də bax: Problemli kreditlərini açıqladı – BANK HESABATI
2018-ci ildə ASB-də vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü aşağdakı kimi olub:
- Ticarət və xidmət sahəsi 3 mln 887,6 min manat və problemli kredit məbləğində xüsusi çəkisi 60,43%,
- İstehlak kreditləri 2 mln 15,6 min manat və problemli kredit məbləğində xüsusi çəkisi 31,33%,
- Kənd təsərrüfatı 415,1 min manat və problemli kredit məbləğində xüsusi çəkisi 6,45%,
- Sənayenin digər sahələri 115,4 min manat və problemli kredit məbləğində xüsusi çəkisi 1,79%.