Azərbaycanda fəaliyyət göstərən yeganə İran bankı 2018-ci ildə problemli kreditlərini azalda bilib. FED.az Bank Milli İranın Bakı filialının 2018-ci ilin 4-cü rübü üzrə hesabatına istinadən məlumat verir ki, ötən ilin sonunda bankın kredit portfeli əvvəlki ilə nisbətən 6,63% artaraq 3 mln 577,7 min manat təşkil edib.
Kredit portfelinin artması fonunda, problemli kreditlərin aşağı düşməsi baş verib. Belə ki, 2017-ci ildə bankın problemli kreditlərinin məbləği 1 mln 229,5 min manat və ümumi məbləğdə xüsusi çəkisi 29,18% olub, 2018-ci ildə isə bankın problemli kreditlərinin məbləği 712,8 min manat və ümumi məbləğdə xüsusii çəkisi 17,44% təşkil edib. Başqa sözlə 1 ildə bankın problemli kreditləri 42,02% azalıb.
Ötən il Bank Milli İran ümidsiz aktivlərini də azaldıb. 2017-ci ilin sonunda bankın ümidsiz aktivlərinin həcmi 1 milyon 93,5 min manat olduğu halda, 2018-ci ilin yekununda bu göstərici 42,78% azalaraq 626,4 min manata enib və kredit portfelində xüsusi çəkisi 15,32% olub.
2018-i ildə İran Milli Bankı təhlükəli aktivləri də təmizləyə bilib. 2017-ci ilin nəticələrinə görə bankın təhlükəli aktivləri 19 min manat idi. 2018-ci ilin ilk rübünə bu göstərici 57,8 min manat, 2-ci rübün sonunda 41,3 min manat, 3-cü rübün sonunda isə 53,7 min manat olub.
Bankın 2018-ci ildə təhlükəli aktivləri olmayıb.
Eləcə də bax: Bankların sərmayələrinin həcmi – AÇIQLANDI