Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 2018-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələr haqqında kollegiya iclası keçirilib.
ELƏCƏ DƏ BAX: Sadələşdirilmiş vergi ödəyicisi bu hüququ nə zaman itirir?
FED.az-ın məlumatına görə, Kollegiya iclasında Naxçıvan MR vergilər naziri, baş vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, iqtisadi inkişafın nəticəsi olaraq, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 116,8 faiz icra edilib. Bu da 2017-ci illə müqayisədə 10,9 faiz çoxdur.
A. Nağıyev qeyd edib ki, muxtar respublika üzrə vergi borclarının alınması sahəsində görülən tədbirlər nəticəsində hesablanmış 2 milyon 320 min manat vergi borcunun ödənildiyi təmin edildiyindən, 2019-ci ilin 1 yanvar tarixinə borc məbləğləri qalmayıb, Vergilər Nazirliyi 2018-ci ili vergi borcu olmadan başa vurublar.
Naxçıvanda yeni – REKORD
20:20
15 Yan 2019