Bakıda 26 yanvar 2019-cu il tarixində Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumu keçiriləcək. Forumda 20-dən çox spiker iştirak edəcək.
FED.az spikerlərin təqdim edilməsinə başlayıb.
FED.az xəbər verir ki, “Baku PR Forum 2019”da Türk PR mütəxəssisi Ceyda Aydede çıxış edəcək.
C.Aydede Türk PR mütəxəssisi, Global H+K Strategies şirkətinin sərmayədarlarından biri, SEV Foundation-un direktorlar şurasının , “İctimaiyyətlə Əlaqələr Dərnəyi”nin (TÜHİD), “Kommunikasiya Məsləhətçiləri Şirkətləri Dərnəyi”nin (İDA), “Amerika İctimaiyyətlə Əlaqələr Dərnəyi”nin (PRSA) və İPRA-nın üzvüdür.
Eləcə də bax: “Baku PR Forum 2019”un spikeri – İLHAM ƏFƏNDİYEV - PROQRAM
“İctimaiyyətlə Əlaqələr Kampaniyaları”, “Professional bir əlaqə: Media və İctimaiyyətlə Əlaqələr”, “Virtual mühit günlükləri ilə bloq dövrü”, və “Yüksələn Trend Korporativ Sosial Məsuliyyət” kitablarının müəllifidir. “Sektorlarının Ən Müvəffəqiyyətli qadınları” arasında yer alan Aydede, Ekonomist jurnalı tərəfindən 2002-ci ildə “İlin Təşəbbüskar qadını” və Ankara İctimaiyyətlə Əlaqələr Dərnəyi tərəfindən “Ölkəmizdə İctimaiyyətlə Əlaqələr sahəsini ən yaxşı təmsil edən və tanıdan adam” mükafatına layiq görülmüşdür.
Ceyda Aydede, həmçinin, 2008-ci ildə PR sahəsinin Oskar mükafatı sayılan, dünya çapında ən uğurlu PR mütəxəssislərə təqdim olunan ömürlük “Atlas mükafatına” layiq görülüb.
Forumun proqramı ilə buradan tanış ola bilərsizniz
“Baku PR Forum 2019”un spikeri - Ceyda Aydede - PROQRAM
14:53
11 Yan 2019