Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-noyabr ayları üçün sığorta bazarının göstəricilərini açıqlayıb.
FED.az MBNP-a istinadən xəbər verir ki, 2018-ci ilin 11 ayında sığorta şirkətləri tərəfindən bəzi sığorta növləri üzrə yığım əldə olunsa da ödəniş olunmayıb.
Eləcə də bax: Müştərilər ən çox nədən narazıdır? - SIĞORTA ŞİRKƏTİ AÇIQLADI
Bu sığorta növləri də şirkətlərə 100% gəlir əldə etməsinə imkan verib. Həmin sığorta növləri aşağdakılardır:
- Əmək qabiliyyətinin sığortası (3 100,5 min manat)
- Sağalmaz xəstəliklərdən sığorta (257,5 min manat)
- Dəmiryol nəqliyyatı vasitələrinin sığortası (92,1 min manat)
- İşçilərin dələduzluğu sığortası (618,9 min manat)
- Pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta (46,3 min manat)
- Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (227,6 min manat)
- Yük daşıyanın mülki məsuliyyətinin sığortası (50,4 min manat)
- Kreditlərin sığortası (89,4 min manat)
- İşin dayanması ilə bağlı sığorta (0,6 min manat)
- Sərnişinlərin icbari fərdi qəza sığortası (100,6 min manat)
- Digər icbari sığorta növləri (128,9 min manat)
Bunlardan ən çox gəlir gətirən sığorta növü əmək qabiliyyətinin sığortası olub, ən az isə işin dayanması ilə bağlı olan sığorta növü olub.
2018-ci ilin ilk 11 ayında elə sığorta növləri də olub ki, onlardan nə yığım əldə olunub, nə də ki ödəniş. Bu sığorta növləri ən səmərəsiz sığorta növləri olub. Bu sığorta növləri aşağdakılardır:
- Annuitet sığortası
- Titul sığortası
- Dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası
- Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətinin sığortası
- Hüquqi xərclərin sığortası İpoteka sığortası
- Əmlakın bazar dəyərinin düşməsi riskindən sığortası
Eləcə də bax: İpoteka Fondunu bu şirkət sığortalayacaq - SEÇİM ETDİ
Sığorta şirkətləri üçün ən sərfəli və ən zərərli sığorta növləri – SİYAHI
12:28
5 Yan 2019