Lisenziyası ləğv edilən “Zaminbank” ASC-nin Qazax filialının müdiri vəzifəsində işləmiş Mirzəyev Məzahim Süleyman oğluna qarşı cinayət işi açılıb.
FED.az-ın xəbərinə görə, M.Mirzəyev Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə vurulan zərər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.