Türkiyə bu ilin ilk 10 ayında ixrac etdiyi 1,4 milyard ədəd corabdan 900 milyon dollar gəlir əldə edib. FED.az Türkiyənin Statistika İnstitutuna istinadən xəbər verir ki, ən çox corab Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya və İspaniya kimi Avropa ölkələrinə ixrac edilir.
Corab ixracından əldə edilən gəlir 898,8 milyon dollar oldu. Corab ixracından ən çox gəlir Böyük Bratinyadan gəlib – bu ölkəyə 357,4 milyon corab satılıb və 215,3 milyon dollar gəlir əldə edilib. Almaniya Türkiyədən 183,4 milyon dollarlıq, Fransa 95,2 milyon dollarlıq, Hollandiya 56,6 milyon dollarlıq, İspaniya isə 42,5 milyon dollarlıq gəlir əldə edib.
Beynəlxalq Ticarət Təşkilatının məlumatına Türkiyə corab ixracına görə, dünyada Çindən sonra ikinci yeri tutur.
Bu dövrdə Türkiyə özü də xaricdən corab alıb - ölkəyə gələn 16,6 milyon dollarıq coraba 18,6 milyon dollar ödənilib.
Başqa sözlə, Türkiyənin ixrac etdiyi corabın orta qiyməti 0,64 dollar, idxal etdiyi corabın qiyməti isə 1,12 dollar təşkil edir.
Eləcə də bax: Xaricilərin Türkiyədə əmlaka marağı azalıb