Azərbaycana yeyinti məhsullarının idxalı azalıb.
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 11 ayı ərzində ölkəmizə 1 milyard 226 milyon dollarlıq yeyinti məhsulları idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır.
ELƏCƏ DƏ BAX: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda azalma - SƏBƏB
Ət, kərə yağı, meyvə və tərəvəz idxalı artıb, süd, çay, buğda,bitki yağları və şəkər idxalı isə azalıb. Ətraflı aşağıdakı cədvəldə.
Malın adı |
2017-ci ilin 11 ayıMiqdar |
2017-ci ilin 11 ayıStatistik dəyər (min ABŞ dolları) |
2018-ci ilin 11 ayıMiqdar |
2018-ci ilin 11 ayıStatistik dəyər (min ABŞ dolları) |
Dəyər ifadəsində artıb (+), azalıb (-) |
Yeyinti məhsulları, min ABŞ dolları |
|
1 255 986.26 |
|
1 226 085.36 |
- |
Ət, ton |
37 211.29 |
58 154.92 |
43 261.95 |
63 651.99 |
+ |
Süd, ton |
7 735.24 |
12 766.25 |
8 089.17 |
11 044.29 |
- |
Kərə yağı və süddən hazırlanmış digər yağlar, ton |
12 467.68 |
58 604.03 |
10 677.64 |
62 094.19 |
+ |
Meyvə-tərəvəz, ton |
249 202.77 |
116 070.35 |
267 904.02 |
144 535.75 |
+ |
Çay, ton |
11 635.64 |
46 189.21 |
11 661.73 |
45 097.67 |
- |
Buğda, ton |
1 120 804.47 |
200 631.78 |
992 353.87 |
187 540.92 |
- |
Bitki və heyvan mənşəli piylər və yağlar, ton |
137 083.35 |
132 298.80 |
128 570.71 |
120 362.12 |
- |
Şəkər, ton |
349 705.79 |
160 742.57 |
229 606.60 |
82 844.16 |
- |