2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.
ELƏCƏ DƏ BAX: Azərbaycana ərəb yatırımları niyə gecikir - SƏBƏBLƏR
"Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 22,6 faiz artmışdır. Ümumi sərmayənin 68,4 faizi məhsul istehsalı sahələrinin, 23,5 faizi xidmət sahələrinin, 8,1 faizi isə ümumi sahəsi 1844,3 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,1 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, bank kreditləri 12,6 faiz, büdcə vəsaitləri 27,2 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, büdcədənkənar fondların vəsaitləri 2,0 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir", -məlumatda deyilir.