Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan "Bank Standard"ın cari ilin I-II rübləri üzrə Ləğv Planını təsdiq etdi. FED.az xəbər verir ki, bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Bununla yanaşı, qərar qeyd-şərtlə qəbul edilib. Ə.Həsənov detalları açıqlamasa da bildirib ki, qərarda qarşı tərəf olan Əmanətlərin Sığortalanması Fondunun plana daxil etdiyi və inad etdiyi bir sıra məsələ nəzərə alınmayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ən bahalı kreditlər hansı regionlarda verilir – SİYAHI, MƏBLƏĞLƏR
Ümumiyyətlə, Ə.Həsənov ƏSF-nin bu prosesdəki mövqeyini qeyri-şəffaf və şübhəli sayır. Onun sözlərinə görə, məsələn, fondun ötən il üçün ləğvetmə xərci 528 min manat pronozlaşdırılsa da, fond həmin müddətdə 628 min manat, yəni 100 min artıq xərcləyib. Məhkəmədə isə guya xərclərin 708 min manat planlaşdırıldığını, əvəzində 80 min qənaət edildiyini bildirib.
Komitə sədri bildirib ki, bankın kreditorları Apellyasiya Məhkəməsinin bu qərarını böyük ehtimalla Ali Məhkəmədə mübahisələndirəcək, yəni ondan iddia verəcəklər.
Məhkəmədən "Bank Standard" qərarı – «NARAZI QALMIŞIQ»
08:55
12 Dek 2018