FED.az MB-a istinadən xəbər verir ki, 12 mlrd 281 mln 299 manatın orta faiz dərəcəsi 12,1% təşkil edib. Bu məbləğin 7 mlrd 639 mln 592 min manatı (62,21%) milli valyuta ilə, qalan 4 mlrd 641 mln 707 min manatı (37,79%) sərbəst dönərli valyta (SDV) ilə verilib.
Bakı şəhəri üzrə əhaliyə verilən kreditlərin orta faiz dərəcəsi 10,3% olaraq 10 mlrd 12 mln 460,5 min manat olub. Bu məbləğində 5 mlrd 687 mln 794 min manatı (56,81%) milli valyuta ilə, qalan 4 mlrd 324 mln 666 min manat (43,19%) isə sərbəst dönərli valyuta ilə verilən kreditlər olub.
Bakı şəhərindən əlavə ən çox kredit götürən iqtisadi rayon Abşeron iqtisadi rayonu olub 565 mln 161,2 min manat. Əhalisi ən az kredit götürən iqtisadi rayonlar Kəlbəcər-Laçın (286,7) və Yuxarı Qarabağ (48 034,1) olub.İşğal altında olan iqtisadi rayonları nəzərə almasaq əhalisi ən az kredit götürən iqtisadi rayon Dağlıq Şirvan olub.
Ən yüksək orta faiz dərəcəsi Yuxarı Qarabağ (25%) iqtisadi rayonunu nəzərə almasaq Dağlıq Şirvan (24%) iqtisadi rayonunda olub.
Ən aşağı orta faiz dərəcəsi Naxçıvan (9,5%) iqtisadi rayonunda olub.
Digər iqtisadi rayonlar üzrə isə göstərici aşağdakı kimi olub:
İqtisadi Rayonlar | Cəm (min manat) | Orta % dərəcəsi | Milli valyuta | Sərbəst dönərli valyuta |
Bakı şəhəri | 10 012 460,5 | 10,3% | 5 687 794,3 | 4 324 666,2 |
Aran | 565 161,2 | 23,2% | 493 463,6 | 71 697,6 |
Abşeron | 505 683,1 | 16,4% | 430 474,9 | 75 208,1 |
Gəncə-Qazax | 470 588,0 | 19,7% | 396 013,3 | 74 574,7 |
Lənkəran | 203 853,6 | 22,2% | 174 707,4 | 291 146,2 |
Quba-Xaçmaz | 155 371,2 | 21% | 138 927,8 | 16 443,4 |
Şəki-Zaqatala | 155 080,9 | 20,1% | 117 719,8 | 37 361,1 |
Naxçıvan | 104 487,6 | 9,5% | 103 901,4 | 586,2 |
Dağlıq Şirvan | 60 292,1 | 24% | 51 443,5 | 8 848,6 |
Yuxarı Qarabağ | 48 034,1 | 25% | 44 938,6 | 3 095,5 |
Kəlbəcər-Laçın | 286,7 | 14,5% | 206,9 | 79,8 |