FED.az xəbər verir ki, "AFB Bank" biznesin inkişafı departamenti və marketinq şöbəsinin rəisi Vitaliy Biryuçkovu işdən azad edib. V.Biryuçkov bu ayın sonunadək vəzifəsini icra edəcək.
V.Biryuçkov bu xəbəri FED.az-a təsdiqləyib və bildirib ki, "AFB Bank"da 10 ilə yaxındır çalışıb. Hazırda bəzi təklifləri dəyərləndirir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda daha bir bank kredit verməyi məhdudlaşdırdı
Qeyd edək ki, "AFB Bank" şöbə rəisindən başqa bir neçə nəfərin də işinə son verib. V.Biryuçkov bankda olan digər ixtisarlar barədə ətraflı məlumat vermək istəməyib.(Kommersant.az)