Azərbaycanda daha bir bank kredit verməyi məhdudlaşdırıb. FED.az xəbər verir ki, «Günay Bank» ASC biznes və istehlak kreditlərini verməyi dayandırıb. Bankdan FED.az-a bildirilib ki, hazırda yalnız ipoteka kreditləri və lizinqlə satış həyata keçirilir.
Kreditlərin dayanmasının səbəbi kimi, ilin sonunun olması və yeni kredit proqramının işə düşməməsi göstərilib. «Günay Bank» ASC-dən kreditlərin nə vaxt bərpa olunacağını da açıqlamayıblar.
ELƏCƏ DƏ BAX: Azərbaycanda dollar kreditləri ilə bağlı – YENİ QAYDA