Prezident İlham Əliyev “A.Ş.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Novruz Məmmədov aparat rəhbərini işdən çıxardı
FED.az-ın məlumatına görə, sərəncama əsasən dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Qeyd edək ki, dünən Nazirlər Kabineti Aparatının rəhbəri A. Hacıyev vəzifəsindən azad edilib. Bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.
Ağa-Bala Hacıyev 1991-1994–cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.
2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.
A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülüb.
Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.
İşdən çıxarılan Aparat rəhbəri barədə - SƏRƏNCAM
21:40
5 Dek 2018