Nazirlər Kabineti Aparatının rəhbəri Ağabala Hacıyev vəzifəsindən azad edilib.
FED.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov müvafiq əmr imzalayıb.
Bu vəzifəyə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Ağabala Hacıyev 1991-1994–cü illərdə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilib.
2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.
A.Hacıyev "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülüb.
Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.
2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağabala Şamxal oğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.