Kosmetologiya və tibb sahəsinə sərmayə yatırmaq istəyənlər bilməlidirlər ki daha çox şalfey kimi tanıdığımız adaçayı bitkisi yetişdirmək çox gəlirli bir işdir.
FED.az-ın «AĞILLI SƏRMAYƏ» layihəsinin ekspertləri bildirir ki, çox münbit torpaq tələb etməyən bu bitki bir dəfə əkildikdən sonra 7 il məhsul verir. Boyu 60 sm qədər uzanan adaçayı bitkisi təbii antiseptik və antioksidantdır. 10 sot ərazidən ildə 300 kq məhsul almaq mümkündür. Kəklikotu kimi o da suya tələbkar deyil. Həftədə 1 dəfə suvarma kifayətdir.
ELƏCƏ DƏ BAX: Fermerlər xurmanın qiymətindən narazıdır - UCUZ RUBL ZƏRƏR VURUR
Bitki yarpaqlarının möcüzəvi özəllikləri var. Fransada sinir sistemi və beyinle bağlı xəstəliklərdə adaçayı ekstraktından istifadə olunur. ABŞ və Almaniyada da geniş adaçayı tarlaları görmək mümkündür. Bitkinin 2 sortu iqtisadi cəhətdən daha sərfəlidir - (Salvia Triloba) və tiıbbi adaçayı (Salvia Officinalis). Adaçayının yağı, bitkisi və çiçəkləri yüksək qiymətlə satılır.
Adaçayının faydaları
- öskürək kəsicidir
- boğaz iltihabına qarqara etmək məsləhətədir
- ağız infeksiyalarına qarşıdır
- terlemeni azaldır
- diş əti xəstəliklərini müalicə edir
- yaddaş zəifliyinə qarşıdır
Türkiyədə adaçayı yetişdirilməsi
Türkiyədə əkinə yararsız torpaqlarda yetişən adaçayı fermerlərə böyük gəlir gətirir. Türkiyədə adaçayı ən çox Egey dənizi bölgəsində becərilir. Avropa İttifaqı hər il bu ərazilərdəki təsərrüfatlardan yüzlərlə ton adaçayı alır.
Fermerlər Türkiyədə torpaq əraziləri alaraq rahatlıqla adaçayı yetişdirə bilərlər. Bununüçün FED.AZ ın "Ağıllı sərmayə" layihəsi ekspertlərinə müraciət etməyiniz kifayətdir.
ELƏCƏ DƏ BAX: Torpaq sahəsindən istifadə ilə bağlı - YENİ QƏRAR