Nazirlər Kabineti “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nı təsdiq edib.
FED.az-ın məlumatına görə, bu qərar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.
Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 512 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının
(icarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində
olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə)
F O R M A S I
1. İqtisadi əsaslandırılmanı təqdim edən subyekt barədə məlumat
1.1. Hüquqi statusu (fiziki və ya hüquqi şəxs) __________________
1.1.1. hüquqi şəxsin tam adı, hüquqi və faktiki ünvanı, əlaqə vasitəsi
______________________________________________________
1.1.2. fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə vasitəsi ______________________________________________________
1.2. Nəzərdə tutulan təsərrüfat fəaliyyəti üzrə mövcud maddi və texniki imkanları _________________________________________
2. İcarəyə götürülməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə məlumat
2.1. Torpaq sahəsinin yerləşdiyi ərazi (inzibati ərazi vahidi)________ ______________________________________________________ |
2.2. Kənd təsərrüfatı yeri (uqodiya) __________________________ |
2.3. Torpaq sahəsinin ölçüsü (hektar) ________________________
2.4. İcarə müddəti (il)_____________________________________
2.5. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti (istifadəsiz və ya qanuni istifadədə olması)__________________________________
2.6. Otlaq (örüş) sahəsinin tutumunun heyvanların baş sayına uyğunluğu _____________________________________________
2.7. Torpaq sahəsinin su ilə təmin olunma vəziyyəti _____________
______________________________________________________
2.8. Otlaq sahəsində yerləşən müvafiq tikili və obyektlərin adı, sayı və mövcud istifadəyə yararlılıq vəziyyəti _____________________
______________________________________________________
2.9. Kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün quraşdırılacaq vacib kommunikasiyalar, müvəqqəti tikililər və qurğular __________
______________________________________________________
3. Təsərrüfat fəaliyyətinin istiqamətləri barədə məlumat
3.1. Bitkiçilik ____________________________________________
3.1.1. yetişdirilməsi nəzərdə tutulan kənd təsərrüfatı məhsulları____
______________________________________________________
3.2. Heyvandarlıq _______________________________________
3.2.1. istehsal olunması nəzərdə tutulan heyvandarlıq məhsulları ______________________________________________________
4. Təsərrüfat fəaliyyəti nəticəsində əldə edilməsi proqnozlaşdırılan məhsuldarlıq göstəriciləri barədə məlumat
4.1. Məhsulun illik istehsal həcmi (ton) _______________________
4.2. Heyvanların baş sayından əldə olunacaq artım (baş)_________ ______________________________________________________
4.3. Heyvanların baş sayına görə artımla bağlı əlavə otlaq sahəsinə tələbat (hektar) _________________________________________
M.Y.
_______________
(imza)
_________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı)
“____” ____________ 20__ il
_________________