Neft qiymətləri düşməkdə davam edir.
FED.az xəbər verir ki, Brent markalı neft 2,2% də ucuzlaşaraq 70,52 dolları, ABŞ xam neftinin qiyməti isə 2,1% düşərək 60,40 dolları görüb (Bakı vaxtı ilə 06:50-yə olan məlumat).
Eləcə də bax: Kanada nefti su qiymətinə düşdü - 20 DOLLAR
Ötən ayın əvvəlindən bəri Brent nefti təxminən 19 faiz ucuzlaşıb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi. Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 60 dollar/barel nəzərdə tutulub.
Eləcə də bax: Azərbaycan nefti də ucuzlaşıb
İranın neft ixracına daha sərt sanksiyanın tətbiq edilməməsi (8 ölkəyə İrandan neft almağa möhlət verilib), ABŞ-da neft hasilatının və ehtiyyatlarının artması, ABŞ və Çİn arasında ticarət münaqişəsinin qlobal iqtisadi artımı ləngidəcəyi və bunun nəticəsində neftə təlabatın azalacağının gözlənilməsi qiymətlərin aşağı düşməsilə nəticələnir.
@marja