Kanadanın neft bazarında sentyabrın sonalarlından başlayan böhran oktyabrda da davam edib.
FED.az-ın məlumatına görə, hazırda bu ölkədə neft hasil edən şirkətlər qonşu ABŞ ilə müqayisədə neftin 1 barelini 40-50 dollar ucuz satırlar. Kanada neftinin qiymətinə keyfiyyəti, o cümlədən Albert yatağından ABŞ-ın neft emalı zavodlarına nəqli ilə bağlı xərclər təsir göstərir.
ELƏCƏ DƏ BAX: Neft bahalaşmağa başladı – SƏBƏB
Neftin kəmərlə nəqli və Kanada neftinə tələbat da qiymətin aşağı düşməsində mühüm rol oynayıb. ABŞ-da neft emalı zavodlarında təmir və modernləşdirmə işlərinin aparılması da Kanada neftinin qiymətinə mənfi təsir göstərir. Nəticədə, Kanada neftinin qiyməti 1 barel üçün 20 dollara düşüb.
Neftin qiymətinin bu səviyyəyə enməsi səbəbindən hazırda Albert neft sənayesi hər gün 100 milyon dollar itirir.