Neftin qiyməti oktyabrın 24-də iki aylıq minimuma düşdükdən sonra ABŞ Energetika Nazirliyinin həftəlik statistikası fonunda yüksəlməyə başlayıb.
FED.az-ın məlumatına görə, statistikaya əsasən neftə tələbat artsa da, ötən həftə ABŞ-da neft ehtiyatları 8 milyon barel azalıb.
Neftə tələbat artsa da, anbarlarda 6,3 milyon barel xam neft var. Neft məhsullarına gəlincə, benzin ehtiyatları 4,8 milyon barel, aviayanacaq 1,6 milyon barel azalıb. Buna görə də ABŞ Energetika Nazirliyi strateji ehtiyatların satışını tezləşdirib. Həftə ərzində dövlət anbarlarından bazara 1,2 milyon barel neft çıxarılıb.
ELƏCƏ DƏ BAX: Neft sürətlə ucuzlaşır - SON QİYMƏT
Son məlumata əsasən, dünən günün sonunda Brent markalı neftin qiyməti 0,6 faiz bahalaşıb və bir barel üçün 76,9 dollara çatıb. WTI markalı neftin qiyməti isə 1,22 faiz bahalaşıb və bi bareli 67,24 dollara satılıb.