Bakının biznes mərkəzləri və plazalarında ofislərin aylıq kirayə haqqı 11-39 manat arasında dəyişir. FED.az xəbər verir ki, hərçənd aşağı qiymətlər br qayda olaraq böyük ofislərdə təqdim edilir. Orta və kiçik ölçülü ofislərdə isə qiymətlər 15 manatdan başlayır. Son vaxtlar Bakıda yeni iş ərazilərinin (Heydər Əliyev prospekti boyunca və Əhməd Rəcəbli küçəsində) yaranması biznes ofislərinin icarəsi sahəsində rəqabəti artırıb, ona görə də qiymətlərin çox yüksəlməsinə imkan verməyib.
«Banklar əmlakı özlərinə sərf edən qiyməti qoyurlar» - MÜSAHİBƏ
FED.az Bakının biznes mərkəzləri və plazalarında icarəyə verilən ofislər haqqında məlumat toplayıb. Beləliklə iş adamları və şirkətlər aşağıdakı imkanlaran faydalana bilərlər.
“ÇİNAR PLAZA”
Bakının ən yeni biznes mərkəzlərindən olan “Çinar Plaza” 33 mərtəbəli bina şəklində Heydər Əliyev prospektində yerləşir. Bura digər xüsuiyyətləri il yanaşı, kartlı giriş, 24 saat iş rejimi, 24 saat video müşahidə sistemi, 3 Toplantı otağı (27, 60 və 273 nəfərlik), 5 mərtəbəli avtomobil dayanacağına sahibdir. Binada ofislərin icarə haqqı 1 kvadratmetr üçün 25 manatdır. Ofislər 30-100m2 aralığında dəyişir.
“SAHİL PLAZA”
«Sahil» metrosunun üstündə yerləşən Plazanın ümumi sahəsi 11 min kvadratmetrdir. 4 mərtəbəli iş mərkəzi 24 saat ərzində mühafizə olunur. Yeraltı və yerüstü avtoparkinqlər var (860 avtomobillik). Ofisin qiyməti 22 manat/m2 , ofis sahələri 30-100m2 –dir və hətta sahəsi 500m2 –dan böyük olan ofislər də var.
“A.Y PLAZA”
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən iş mərkəzi 08:00-00:00 aralığında fəaliyyət göstərir. Mühafizə xidməti, hər mərtəbədə 2 mətbəx var. Ofis sahələi 20-150m2 aralığındadır. Kvadratmetrin icarə haqqı 14-15 manatdır
"Bizim evlərin kvadratı 400 manatdan başlayır" – İŞ ADAMI
“MZ PLAZA”
Əhməd Rəcəblidə yerləşən növbəti iş mərkəzi 6 mərtəbəlidir. Ofis sahəsi 58-165m2 aralığındadır, m2 –in icarə haqqı 11 manatdır. Burada mətbəx ümumidir, təmizlik xidməti ödənişə daxildir. İnternet, telefon plaza tərəfindən təmin olunur, haqqı əlavə ödənilir. İcarəyə götürən şəxslərin VÖEN-ü olmalıdır.
“AF BUSİNESS HOUSE”
Bu biznes mərkəzi Nəsimi rayonu, Nizami küçəsində yerləşir. Ofislərin sahəsi 25-650m2 aralığındadır, Landmark ətrafında olan plazada m2 – 26 manatdır. Komunal xidmət mərkəz tərəfindən qarşılanır. Təmizlik,internet, vergi ofis icarəyə götürən tərəfindən ödənilir.
“BABƏK PLAZA”
Babək prospektinin başlanğıcında yerləşən plazada 250 avtomobillik 3-mərtəbəli yeraltı dayanacaq, binaya kartlı giriş, qonaqlar üçün gözləmə zalları var. Üstəlik yüngül konstruksiya ilə ofisləri bölmək də mümkündür, yəni otaqların sayını istədiyiniz qədər artırıb azalda bilərsiniz. Ofislərin sahəsi 174-250m2 –dır. m2 = 11,43 manatdır. Bu qiymətə komunal və təmizlik xidməti daxildir. İnternet isə ofisi icarəyə götürən şəxs tərəfindən təmin edilir.
“SDN BUSİNESS CENTER”
Bu biznes mərkəzi Nərimnov rayonunda yerləşir, 18 mərtəbəlidir, 13 mərtəbəsi iicarəyə verilir. Mərkəzin ofislərinin sahəsi 18-1050m2 –dir, lakin hal-hazırda 30m2 və 250 m2 olan ofislər boşdur, m2 -12 manatdır. Komunal , təmizlik qiymətə daxildir, internet xətti var lakin qane etməsə ofisi icarə götürən özü üçün təşkil edə bilər. Mətbəx ümumidir, amma bəzi ofislərdə mətbəx ofisin daxilində olur.
“SAT PLAZA”
«Beşmərtəbə»nin ətrafında yerləşən Plazada ofislərin sahəsi 60-250 m2 -dir. m2 isə 93 m2 -ə qədər 16 manat, 93 m2 – dən böyük isə 14 manatdır. Bu qiymətə isitmə, su, mühafizə daxildir. Təmizlik, vergi, və enerji haqqı ofisi icarəyə götürən tərəfindən ödəilir. Avtodayanacaq da var, amma 1 işçi üçün aylıq qiymət 100 manatdır. Hal-hazırda 60-93-97-250 m2 sahəsi olan ofislər boşdur.
“PREMİUM PLAZA”
Nərimanov rayonunda «Şəhər bağları» kompleksi il Heydər Əliyev Mərkəzinin ətrafında yerləşir. Bu plazada ofislər 220m2 -dir. Hal-hazırda ofisin biri boşdur. m2 -i 15 manatdır, amma ayda 3 min 500 manat ödənilsə hər şey ( komunal,internet, telefon,təmizlik,vergi) plaza tərəfindən qarşılanır. Ödəniş 3 min manat olarsa bu xidmətlər ofisi icarəyə götürən şəxs tərəfindən həyata keçirilir.
"CASPIAN PLAZA"
"Caspean Plaza"da ofisin kvadratmetri 20 manatdır. 2 otaqlı ofisin icarəsi 600-700 manata başa gəlir. İcarə haqqına ofisin gündəlik təmizliyi, kondisioner və istilik sistemi daxildir. İşıq və internet üçün əlavə ödəniş edilməlidir. 6-cı mərtəbədə boş ofis var. Hansısa mərtəbədəki otaqlar boş olduqda, oradakı otaqların hamısını icarəyə götürmək də mümkündür.
"ÇIRAQ PLAZA"
"Çıraq Plaza"da isə ofisin kvadratmetr üzrə qiyməti 23 manatdır. 6-cı mərtəbə (115 kvadratmetr) və 9-cu mərtəbədə (105 kvadratmetr) boş ofislər var. İnternet, telefon və ofisin təmizliyi üçün əlavə ödəniş tələb olunur.
"BRİDGE PLAZA"
"Bridge Plaza"da 100-200 kvadratmetrlik standart ofislər var. Hazırda yalnız 5-ci mərtəbədə 180 kvadratmetrlik ofis (4 otaqlı) boşdur. Ofisin kvadratmetrlik icarəsi 25 manatdır. İşıq pulu, internet və telefon üçün əlavə pul ödənilməlidir. İcarə haqqına su, kanalizasiya, tullantıların daşınması, texniki dəstək daxildir. Plaza əməkdaşının sözlərinə görə, hətta 2 mərtəbəni tamamilə ofis kimi icarəyə götürən şəxslər də var.
"DALĞA PLAZA"
"Dalğa Plaza"da hazırda yalnız 1-ci mərtəbədə 32 kvadratmetrlik boş sahə var. Otağın kvadratmetri üçün icarə haqqı 25 manatdır. İcarə haqqına təhlükəsizlik xidməti, resepşn, ofisin təmizliyi daxildir. İcarə haqqına internet və telefon xidməti daxil deyil.
"ISR PLAZA"
"ISR Plaza"da 2 otağın sahəsi təxminən 90 kvadratmetri əhatə edir. Hazırda 6-cı mərtəbədə boş ofis var. 1 kvadratmetrlik otağın icarə haqqı isə kommunal xərclərlə birlikdə 39 manat 76 qəpikdir. İnternet və telefon üçün əlavə pul ödənilməlidir.
"SAPHİRE PLAZA"
"Saphire Plaza" (Nizami küç.) 1 kvadratmetrlik otağın icarə haqqı 20 manatdır. 5-ci mərtəbədə 55 kvadratmetrlik, 3-cü mərtəbədə isə 65 kvadratmetrlik ofislər boşdur. İcarə haqqına təhlükəsizlik xidməti, resepşn, ofisin təmizliyi daxildir. İnternet və telefon xidməti icarəyə daxil deyil.
"CRYSTAL PLAZA"
"Crystal Plaza"da hazırda boş ofis yoxdur, təxminən 2 aydan sonra olma ehtimalı var. 280 kvadratmetrlik ofisin icarəsi 3500-4000 manat tələb edir. 1 kvadratmetrlik otağın icarə haqqı 12 manatdır. İcarə haqqına işıq, telefon, internet, parkinq, mühafizə daxildir. Mərtəbədəki otaqlar tam şəkildə icarəyə verilir. Məsələn, 2-ci mərtəbədə 7 otaq var. Ofis icarəyə götürülərsə, otaqlarda yerdəyişməyə icazə verilir.
"ASK PLAZA"
"Ask Plaza"da (əvvəlki adı "Qlobus Plaza") ofisin kvadratmetri 20 manatdır. Hazırda boş ofis yoxdur, yanvar ayında olma ehtimalı var. İcarə haqqına havalandırma sistemi, su daxildir. İşıq, telefon və internet üçün əlavə ödəniş tələb olunur. Hər mərtəbədə 8-9 ofis yerləşir.
Mənbə: FED.az, kommersant.az
Bakıda ən ucuz ofis hansı plazadadır? - QİYMƏTLƏR, SİYAHI
08:43
21 Sen 2018