«Ziraat Bank»ın vəziyyəti məlum oldu – MƏNFƏƏTİ AZALIB
Ötən dövr ərzində bank müştərilərə verdiyi kreditlərin həcmini də artırmışdır. Ötən rüblə müqayisədə 12% daha artıq kredit verən bank, digər maliyyə institutlarından aldığı krediti də bağlamışdır. Bu da o deməkdir ki, bankın güclü likvidliyi öz hesabından kredit verməsinə imkan yaradır.Hüquqi və Fiziki şəxslərin tələbli əmanətlərinin toplam əmanətlərə həcmi 77% təşkil edir. Bu da bankın faiz xərclərini optimal səviyyədə saxlamasına şərait yaradır. Elə bunun məntiqi ardıcıllığı olaraq, bankın faiz xərci ötən illə müqayisədə 43% azalmış, xalis faiz gəlirləri isə 20% artmışdır.
Kapitalın adekvatlıq əmsalında da müsbət tendensiya qeydə alınmışdır. Bank ötən ilin yarısından etibarən kapitalın adekvatlıq əmsalını 14.9%-dən 24.8%-ə qaldırmışdır. Bu isə yerli requlyatorun tətbiq etdiyi tələbdən qat qat çoxdur.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.