Azərbaycanda fəaliyyət göstərən iki türk bankından biri - «Ziraat Bank»ın vəziyyəti məlum olub.
FED.az bankın 2018-ci 2-ci rübünün nəticələriə üzrə hesabatına istinadən bildirir ki, bu ilin ilk yarısında bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 19,1 % artaraq 5 mln 981 min 170 manata çatıb. Faiz xərcləri isə 2017-ci illə müqaisədə 48,8 % artaraq 2 mln 115 min 90 manat təşkil edib.
«Paşa bank» da yarım ilə yekun vurdu - HESABATNəticədə bankın xalis faiz gəliri 3 mln 866 min 80 manata bərabər olub ki, bu da ötən illə müqaisədə 265 min 420 manat və ya 7,37 % çoxdur.
İlk yarım ildə qeyri-faiz gəliri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 502 min 390 manat və ya 24,28 % çoxalaraq 2 mln 571 min 300 manat olub. Qeyri-faiz xərcləri bu dövrdə 3 mln 410 min 560 manat təşkil edib. Bu da ötən ilə nisbətən 545 min 630 manat və ya 19,05 % çoxdur.
Beləliklə, Ziraat Bankın əməliyyat mənfəəti ötən ilin 2 ci rübünə nəzərən 7,92 % artaraq 3 mln 26 min 820 manat olub.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 1 milyon 641 min manat təşkil edib. 237,25 min manat da vergilərin ödənilməsinə sərf edilib.
Yekunda bank bu ilin ilk yarısını 1 mln 137 min 160 manat mənfəətlə başa vurub. Bu ötən ilə nisbətən 606 min 570 manat və ya 34,79 % azdır.
Hesabatdan məlum olur ki, ilin əvvəli ilə müqayisədə bankın cəmi aktivləri 43 mln 202 min və ya 23,14 % artaraq 229 mln 867,6 min manata çatıb. Cəmi öhdəliklər 162 mln 805 min təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 42 mln 34 min 840 manat və ya 34,81 % çoxdur.
Bu dövrdə bankın cəmi kapitalı ilin əvvəli ilə müqaisədə 1 mln 167 min 240 manat və ya 1,77 % artaraq 67 mln 62 min 750 manat olub. İlin ilk yarısının nəticələrinə görə, Ziraat Bankın kredit portfeli 89 milyon 562,81 manat təşkil edir. Bunun 58 milyon 917,88 min manatı və ya təqribən 66%-i xarici valyutada verilib.
2017-ci ilin əvvəlində bankın kredit portfeli 67 milyon 884,28 min manat (bunun 39 823 min manata xarici valyutada olub) idi. Başqa sözlə bu il ərzində kreditlər 21,7 milyon manat artıb.