Azərbaycan Beynəlxlq Bankı (ABB) 2018-ci ilin 2-cü rübünü böyük mənfəətlə başa vurub. FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 206,8 milyon manat, faiz xərcləri 63,3 milyon manat, xalis faiz gəlirləri 143,5 milyon manat olub.
«Nikoyl» bankdan «qırmızı» hesabat – REKORD ZƏRƏRDƏDİR
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 52,5, qeyri-faiz xərcləri 54,9 milyon manat təşkil edib.
Nəticədə bankın əməliyyat mənfəəti 141,1 milyon manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 88,2 milyon manatlıq ayırmaları da nəzərə alanda xalis mənfəət 229,8 milyon manat təşkil edib.