Qiymətlər 15 manatdan 300 manatadək
Əmanət seyfi müxtəlif həcmlərdə müştərilərə təklif edilir. Bu zaman müştərilər əmanətlərinin həcmindən asılı olaraq seyflərin həcmini seçir. Həcmindən asılı olaraq seyflərin icarə ödənişi də dəyişir. Azərbaycan banklarında depozit seyfinin qiymətində 1 aylıq ödənişi 15 AZN-ə olan da var, 300 AZN olan da.
Əmanət seyflərinə müştərilər pul, qiymətli əşyalarla yanaşı, vacib sənədlərini də yerləşdirə bilərlər.
Bizdə bu xidmət yoxdur
FED.az –ın keçirdiyi monitorinqə görə, hazırda 6 bankda depozit seyfi mövcud deyil. Bunlar aşağıdakılardır: Azərbaycan Sənaye Bankı, Bank of Baku, Express Bank, Naxçıvan Bank, Ziraat Bank, Turan Bank.
Eləcə də bax : Bankların "ehtiyat yastığı" - CƏDVƏL
Bankların Depozit qutularının xidmət haqqı - CƏDVƏL
Sıra | Bank adı | Depozit Qutusunun aylıq ödənişi |
1 | AccessBank | 40AZN – 1aylıq |
2 | AFB Bank | 15AZN – 1aylıq |
3 | AG Bank | 25AZN – 1aylıq |
4 | Amrah Bank | 25AZN – 1aylıq |
5 | AtaBank | 50AZN – 1aylıq |
6 | Azər-Türk Bank | 40AZN – 1aylıq |
7 | ABB | 30AZN – 1aylıq |
8 | ASB | Yoxdur |
9 | Bank Avrasiya | 80AZN – 3aylıq |
10 | Bank of Baku | Yoxdu |
11 | Bank Respublika | 30AZN - 1aylıq |
12 | Bank VTB | 60AZN - 3aylıq |
13 | Bank BTB | 40AZN – 3aylıq |
14 | Express Bank | Yoxdur |
15 | GünayBank | 300AZN – 1aylıq |
16 | Kapital Bank | 45AZN – 1aylıq |
17 | Muğan Bank | 40AZN – 1aylıq |
18 | Naxçıvan Bank | Yoxdur |
19 | NBC Bank | 26AZN – 1aylıq |
20 | Nikoil Bank | 230AZN – 12aylıq |
21 | Paşa Bank | 50AZN – 1aylıq |
22 | Rabitəbank | 20AZN – 1aylıq |
23 | Unibank | 40AZN – 1aylıq |
24 | YapıKredi Bank | 27AZN -1aylıq |
25 | Ziraat Bank | Yoxdur |
26 | Turan Bank | Yoxdur |
27 | Silk-Vey Bank | Qoyulan məbləğin 2 % -12aylıq |
28 | Xalq Bank | 20AZN – 1aylıq |
Eldar Hüseynov