2018-ci ilin I rübünün nəticəsində bir neçə bank ehtiyata ayırmaların azaltsa da, bəzi banklar əksinə artırıb. FED.az xəbər verir ki, ən böyük ehtiyata ayırman “Bank VTB (Azərbaycan)”dadır: 237 milyon. Bu isə nəticədə bankın rübü böyük zərər açıqlamasına səbəb olub.
Qeyd edək ki, aktivlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyat yaradılmasına ayırma - kreditlər və digər aktivlər üzrə zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondu ("adi ehtiyat" və "məqsədli ehtiyat") yaratmaq məqsədilə xərclərə aid edilmiş məbləğdir.
Aktivlər ("qənaətbəxş" və "nəzarət altında olan") üzrə zərərin ödənilməsi üçün"adi ehtiyat" bankın standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyat fondudur.
Aktivlər ("qeyri-qənaətbəxş", "təhlükəli" və "ümidsiz") üzrə zərərin ödənilməsi üçün "məqsədli ehtiyat" - bankın qeyri-standart aktivləri üzrə zərərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyat fondudur.
Sıra |
Banklar |
2017-ci ilin IV rübü üçün (mln.manat)
|
2018-ci ilin I rübü üçün (mln.manat)
|
1 | Bank VTB (Azərbaycan) ASC | -39.9 | 237.4 |
2 | Kapital Bank ASC | 48.7 | 22.0 |
3 | PAŞA Bank ASC | 12.3 | 14.2 |
4 | Nikoil Bank İKB ASC | 31.2 | 8.9 |
5 | Xalq Bank ASC | 25.2 | 8.3 |
6 | Amrahbank ASC | 3.6 | 2.6 |
7 | Yapı Kredi Bank Azərbaycan QSC | 4.9 | 2.5 |
8 | AFB Bank ASC | 30.0 | 2.5 |
9 | Rabitəbank ASC | 20.1 | 2.1 |
10 | Muğanbank ASC | 19.0 | 2.0 |
11 | AGBank ASC | 1.3 | 1.0 |
12 | Günay Bank ASC | 3.2 | 0.6 |
13 | AtaBank ASC | 5.2 | 0.5 |
14 | Bank Respublika ASC | 15.5 | 0.3 |
15 | Ziraat Bank Azərbaycan ASC | 1.2 | 0.3 |
16 | TuranBank ASC | 1.1 | 0.1 |
17 | Azərbaycan Sənaye Bankı ASC | 1.4 | 0.0 |
18 | Pakistan Milli Bankı NBP Bakı filialı | 0.0 | 0.0 |
19 | NBCBank ASC | 1.6 | -0.1 |
20 | Bank Melli İran Bakı filialı | -5.7 | -0.2 |
21 | Azər Türk Bank ASC | 16.7 | -0.3 |
22 | Bank BTB ASC | -6.0 | -0.3 |
23 | AccessBank QSC | 13.7 | -0.5 |
24 | Expressbank ASC | 0.5 | -1.1 |
25 | Bank Avrasiya ASC | 0.5 | -1.9 |
26 | Unibank KB ASC | 3.8 | -8.3 |
27 | Silk Vey Bank ASC | 1.4 | -10.1 |
28 | Bank of Baku ASC | 41.5 | -22.3 |
29 | Azərbaycan Beynəlxalq Bankı ASC | -271.4 | -64.4 |
30 | Naxçıvanbank ASC | 0.1 | m/y |