Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov kredit faizlərinin nə üçün aşağı düşmədiyinə cavab verməkdə çətinlik çəkir.
Belə ki, Mərəzi Bank tərəfindən uçot dərəcəsi aşağı salınır, banklar əmanət faizlərini endirir, bunlara baxmayaraq kredit faizləri aşağı düşümür.
Eləcə də bax :“Manatın ucuzlaşması üçün biz fundamental amillər görmürük"
FED.az xəbər verir ki, Elman Rüstəmov, "Uçot dərəcəsinin və depozit faizlərinin aşağı düşməsinə baxmayaraq kredit faizləri düşmür. Bunu banklardan soruşmaq lazımdır" deyib.
Elman Rüstəmov qeyd edib ki, kreditin qiymətinə təkcə faizlər təsir etmir, burada tələb və təklif də mühüm rol oynayır. Maraqlısı budur ki, son vaxtlar kreditlərə tələb və bankların müştərilərə verdikləri kreditlər azalıb.