Türkiyə Lirəsi Dollar qarşısında 1.7 faiz düşərək 3.9733 səviyyəsinə qədər zəifləyib və 31 mühüm valyutası qarşısında ən çox ucuzlaşan pul vahidi olub.
FED.az xəbər verir ki, Türk Lirəsi, Türkiyənin Qərb müttəfiqləri ilə arasında gərginliyi daha da artıra biləcək bir sıra siyasi münaqişənin təsiri ilə ucuzlaşır. Türk lirəsu, bu rübdə Efiopiyanın pul vahidindən sonra ən pis performans göstərən valyutadır.
Bakı vaxtı ilə saat 22:30-da DOllar/TL məzənnəsi 3.9635 olub.
"Halk Bankası"nın sabiq Baş direktor müavini Mehmet Hakan Atillanın vəkili Robert Fettweis, bu gün Manhattan federal məhkəməsində başlayan məhkəmə prosesinin açılışında, məhkəmə orqanına, İran əsilli Türkiyə vətəndaşı qızıl treyderi Rza Zarrabın ABŞ hökumətinin "ən mühüm şahidi" olduğunu deyib. Atilla, Zərrab və digərləri ilə əməkdaşlıq etməkdə ittiham edilir.
Eləcə də bax: Mərkəzi Bank rəsmisi ilə - MARAQLI DİALOQ
@marja.az