"Premium Bank"ın İdarə Heyəti sədri vəzifəsindən azad edilib.
FED.az-ın əldə etdiyi məlumata görə, bankın İdarə heyətinin sədri Mahir Əhmədov öz xahişi ilə vəzifəsindən azad olunub. Onu bu posta isə "Premium Bank"ın İdarə Heyətinin üzvü – Maliyyə Departamentinin direktoru Mahir Nəcəfov əvəz edib.
Xatırladaq ki, «Premium Bank» Azərbaycanın aparıcı banklarındandır. FED.az-ın məlumatına görə, 648,8 milyon manat aktivləri olan bank bu göstəriciyə görə, ölkənin 30 bankının arasında 8-ci yeri tutur. «Premium bank» kredit portfelinin həcminə görə, (564,3 milyon manat) banklar arasında 5-ci yeri, depozit portfelinin həcminə (478,1 milyon manat) görə isə 9-cu yeri tutur. Bank bu ilin ilk yarısını 8,8 milyon manat mənfəətlə başa vurub ki, bu da əvvəlki ilin ilk yarım ili ilə müqayisədə 36% azdır.
Azərbaycanda bank rəhbəri işdən azad edildi - EKSKLÜSİV
13:45
15 Avq 2019