Bu ilin ilk 6 ayında bankın cəmi aktivləri 648 mln 760 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8.72% çoxdur.
Bankın öhdəlikləri ötən ilin birinci yarısı ilə müqayisədə 11.77% artaraq 523 mln 599 min manat təşkil edib. Hesabat dövrü ərzində maliyyə qurumunun cəmi kapitalı isə 4.25% azalaraq 125 161 min manat təşkil edib.

