Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqaldığı məlumata görə, hazırda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,568 olub.
FED.az Azərbaycan banklarının filial şəbəkəsini araşdırıb. Nəticədə məlum olub ki, ən çox filial “Kapital Bank”a məxsusdur. Bankın ölkə üzrə 99 filialı, 13 şöbəsi var. Siyahıda sonrakı yerləri aşağıdakı banklar tutur.
Eləcə də bax: Azərbaycan bankları 2-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
“Azərbaycan Beynəxalq Bankı”
Ölkənin ən böyük bankı olan “Azərbaycan Beynəxalq Bank”ının ölkə üzrə 35 filialı, 39 şöbəsi var. Bunlardan 15 filialı və 11 şöbəsi Bakının payına düşür.
"Muğanbank"
«Muğanbank»ın 52 filialı, 9 şöbəsi var. Bunlardan 31 filial və şöbə Bakı-Abşerondadır.
“Accessbank”
“Accessbank”ın Bakı və Abşeronda 15 filialı, regionlarda isə 13 filialı var.
Eləcə də bax: «Nikoil Bank» sürətlə mövqelərini - BƏRPA EDİR - HESABAT
“AFB Bank”
“AFB Bank”ın Bakı və Abşeronda 11 filialı, bölgələrdə isə cəmi 2 filialı var. Bu filiallardan biri Qəbələdə digəri isə Gəncədə yerləşir.
“Ziraat Bank”
Azərbaycanda fəaliyyət göstərən iki türk bankından birinin - “Ziraat Bank”ın iki filialı var. Bunlardan biri Bakıda, digəri Gəncədə yerləşir.
“Yapı Kredi Bank”
“Yapı Kredi Bank”ın ümumilikdə 8 filialı var və bunların hamısı Bakıda yerləşir.
“Unibank”
“Unibank”ın baş ofisdən başqa, 27 filialı və bir biznes mərkəzi var. Bunlardan 16-sı Bakı və Abşeronda, 13-ü bölgələrdədir.
“Turanbank”
Bankın baş ofisindən başqa Bakı və Abşeronda 6 , rayonlarda isə 8 filialı var.
“Rabitəbank”
“Rabitəbank”ın baş ofis və mərkəzi filialdan başqa Bakı və Abşeronda yerləşən 8 filialı var.
“PAŞA Bank”
“PAŞA Bank” Bakı və Abşeronda baş ofisi və 7 şöbəsi fəaliyyət göstərir. Bölgələrdə isə 3 filialı var.
“Pakistan Milli Bankı”
“Pakistan Milli Bankı” Bakıda yalnız bir filialdan ibarətdir
“Nikoil Bank”
“Nikoil Bank” Bakı və Abşeronda 1 baş ofisi 8 filialı var. Bölgələrdə isə 4 filialı var.
“Naxçıvanbank”
“Naxçıvanbank” 4 filialı Naxçıvanda . 1-i isə Bakıdadır.
“İran Melli Bankı”
“İran Melli Bankı” Yalnız Bakıda 1 filialı var
“Xalq Bank”
“Xalq Bank” Bakı və Abşeronda baş ofis və 9 filial, rayonlarda isə 21 filial fəaliyyət göstərir.
“Gunaybank”
“Gunaybank” Bakı və Abşeronda baş ofisi 7 filial və 7 şöbəsi var.Bakın 4 ədəd də mübadilə şöbəsi var. Bölgələrdə filialı yoxdur.
“Expressbank”
“Expressbank” Bakı və Abşeronda baş ofisi və 8 filialı var. Bankın 7 rayonda filialı var.
“VTBank” Azərbaycan
“VTBank” Azərbaycan Yalnız və Bakı və Abşeronda 4 filialı və baş ofisi var.
“Premium Bank”
“Premium Bank” Bakı və Abşeronda baş ofis 3 filial 1 şöbəsi var. Bölgələrdə isə yalnız Gəncə və Lənkərandadır
“Bank Respublika”
“Bank Respublika” Bakı və Abşeronda baş ofisi , 10 filialı var. Rayonlarda isə 15 filial , 1 şöbə fəaliyyət göstərir.
“Bank BTB”
“Bank BTB” Bakı və Abşeronda baş ofisi, 14 filialı və 3 şöbəsi var. Bölgələrdən isə Gəncədə filialı fəaliyyət göstərir.
“Bank of Baku”
“Bank of Baku” Ümumilikdə 18 filialı var ki, bunlardan 13 Bakı və Abşeronda yerləşir. Bankın baş ofisi, əməliyyat mərkəzi və inzibati mərkəz də Bakıda yerləşir.
“Bank Avrasiya”
“Bank Avrasiya” Bakı və Abşeronda 1 baş ofisi, Sumqayıt filialı və Buta adlı filialı fəaliyyət göstərir. Bölgələrdə isə filialı yoxdur.
Azərbaycanda ən çox filial şəbəkəsi olan banklar - SİYAHI
16:29
16 İyul 2019