Azərbaycanda idxal edilən bütün cins mürəkkəbböcəyilərə gömrük rüsumu tətbiq ediləcək.
Eləcə də bax:Ucar Xəstəxanasının 35 milyon manat xərclədiyi iddiasına - MALİYYƏ NAZİRLİYİNDƏN CAVAB
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
İndiyə qədər ölkəyə gətirilən diri, təzə və ya soyudulmuş mürəkkəbböcəyilərin gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq edilib. Bundan sonra digər mürəkkəbböcəyilərə görə də 5 faiz həcmində idxal gömrük rüsumu alınacaq.
Qeyd edək ki, mürəkkəbböcəyilər Sepiolida dəstəsindən molyusk növüdür.