Bank Avrasiya qiymətli kağızlara investisiyanı artırıb. FED.az xəbər verir ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə bu ilin ilk 6 ayında adı çəkilən bank qiymətli kağızlara investisiyanı 2.23 dəfə artırıb.
Eləcə də bax: “Bank Avrasiya”nın mənfəəti kəskin - AZALIB
2018-ci ilin 1-ci yarısı ilə müqayisədə isə bank qiymətli kağızlara investisiyanı 50.15% artırıb.
Cari ilin 6 ayının hesabatına görə bankın qiymətli kağızlara investisiyası bankın aktivlərinin 23.13% təşkil edir.
Məlumat üçün bildirək ki, bankın ötən ilin ilk yarısı ilə müqayisədə aktivləri 15.6% azalaraq 195 mln 897 min manat təşkil edib.