14 iyun 2019 19:56

Qobustanda yanğın var - HELİKOPTERLƏR CƏLB OLUNDU

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonu, Qobustan Dövlət Qoruğuna aid dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

ELƏCƏ DƏ BAX: Şamaxı və Ağcabədidə biçilməmiş taxıl sahələri yanıb- YENİLƏNİB

FED.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz