Qusarın dağlıq ərazidə yerləşən Ləzə kəndində güclü yağışdan sonra palçıq axını baş verib.
FED.az xəbər verir ki, sakinlərin sözlərinə görə, vulkan püskürməsinə bənzəyən palçıq axını kənd təsərrüfatına ziyan vurub.
Təxminən 10-a yaxın ailənin kartof sahəsi palçıq qatının altında qalıb.
Sakinlər belə halın Ləzə kəndində ilk dəfə 1993-cü ildə də baş verdiyini, o zaman 3 evin palçıq altında qaldığını bildiriblər. 2006-cı ildə təkrarlanan palçıq axını da sakinlərin şəxsi təsərrüfatına xeyli ziyan vurmuşdu.
Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası da məlumatlıdır. Əraziyə texnika göndərilib.