22 may 2019 12:55

Azərbaycan bankları - gücləndirilmiş iş rejiminə keçir – PALATADAN AÇIQLAMA - SİYAHI

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata i-map informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradıb. Palatadan FED.az-a veriən məlumata görə, may ayının 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə banklar 27 may – 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Eləcə də bax: Azərbaycanda 2 bankın nağd vəsaitləri - 50 MİLYON MANATI KEÇİB

Ümumilikdə ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət göstərəcəkdir.

9 bankın 12 filial və şöbəsi 24 saat rejimində fəaliyyət göstərəcəkdir.

Gücləndirilmiş iş rejimində çalışacaq bankların siyahısı və iş qrafiki ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz. 

Final günlərində işləyən bankların qrafiki - SİYAHI

Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradılıb. Aşağıda qeyd olunan keçid vasitəsilə adıçəkilən bölməyə daxil olan istifadəçilər 27 may – 1 iyun tarixlərində ölkəmizdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər.

 İ-Map informativ xəritəyə keçid: https://www.fimsa.az/az/map

Final oyunu ərəfəsində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya müraciətlə bağlı vətəndaşlar, eləcə də şəhərimizin qonaqları MBNP-yə müraciət ünvanlaya biləcəklər.

 

Koordinator: Rövşən Məmmədli

E-mail: [email protected]

Qaynar xətt: +99450 8390782

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz