Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il aprelin 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 2-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (383,856 milyon manat), "Bank Respublika"dır (64,75 milyon manat).
Eləcə də bax: 11 bankın nağd vəsaitləri azalıb - SİYAHI
Qalan 20 bankdan 16-nın nağd vəsaitləri 10 - 50 milyon manat arasında, 4 bankın nağd vəsaitləri isə 10 milyon manatdan azdır. Nağd vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın nağd vəsaitləri cəmi 346 min manatdır.
Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.