Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-si bu il aprelin 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 11-də müsbət, 11-də isə mənfi dinamika müşahidə edilib.
FED.az xəbər verir ki, nağd vəsaitlərini artırmış banklar Pakistan Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Zıraat Bank Azərbaycan", "Turan Bank", "Muğan Bank", "Naxçıvan Bank", "Premium Bank", "Bank Respublika", "AGBank", "Yapı Kredi Bank Azərbaycan" və "Kapital Bank"dır. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (2,3 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (7,1%) qeydə alınıb.
Eləcə də bax: Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
İl ərzində nağd vəsaitləri azalmış 11 bank arasında isə ən kəskin azalma "Nikoyl Bank"da (62,2%), ən yumşaq azalma isə "Bank BTB"də (1,5%) baş verib.
Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Rabitəbank" və "Unibank"dır.