ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda «Qrin Kart» Viza lotereyasındakı saxtakarlıqla bağlı xəbərdarlıq edib.
FED.az xəbər verir ki, səfirlik bəzi şirkətlərin «Qrin Kart» lotereyasından pul qazanmaq üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim etdiyini, amma bunun yalan olduğunu bildirir. Xəbərdarlıqda deyilir:
Eləcə də bax: Burada qadına baxmaq "baha başa gəlir" - KANADADAN REPORTAJ
«2020-ci ilin Qrin Kart Viza lotereyasındakı saxtakarlıqla bağlı xəbərdarlıq!
ABŞ-ın Azərbaycandakı Səfirliyi Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edir. Bu cür saxta elektron poçt və məktubların müəllifləri Qrin Kart proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər».
Bundan əlavə, yerli viza təşkilatları, Qrin Kart Lotereyasına daxil etmək məqsədi ilə, Sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir.
Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov ».
Eləcə də bax: Azərbaycandan ABŞ-a köçmək istəyənlərin sayı - İKİ QAT ARTIB
Səfirlik bildirir ki, bu işlərlə məşğul olan heç bir yerli təşkilat ABŞ səfirliyi tərəfindən dəstəklənmir: «ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir».
Səfirlik vətəndaşlara bildirir ki, belə fırıldaqla üzləşənlər səfirliyə müraciət edə bilərlər: «Əgər siz bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə və yaxud fırıldaq məqsədilə sizə müraciət olunubsa, xahiş edirik bu haqda bizə Facebook səhifəmiz vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə məlumat verəsiniz».
Səfirlikdən bildirilib ki, belə xəbərdarlıq əsassız deyil: «Qrin Kart» xidmətləri sahəsində vasitəçilik təklif edən təşkilatlar tərəfindən törədikləri saxtakarlığa dair əldə etdiyimiz faktlar var»-deyə bildirilir.
ABŞ səfirliyindən «Qrin Kart» açıqlaması – «ONLARA İNANMAYIN»
10:59
15 May 2019