İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) Səhiyyə Nazirliyi ilə birgə dövlət tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə keyfiyyət standartları üzərində işə başlayıb.
FED.az xəbər verir ki, bunu İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
"2020-ci il ərzində 20 standartın tətbiqi nəzərdə tutulub. Standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələri Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşmə imkanı əldə edəcək. Sonrakı illərdə isə keyfiyyət standartlarının sayının 200-ə çatdırılması nəzərdə tutulub".
Eləcə də bax: Səhiyyə işçilərinin gəlirləri əmək bazarının tələblərinə uyğun tənzimlənəcək