Prezident İlham Əliyev «Azəriqaz»a xəbərdarlıq edib.
FED.az xbər verir ki, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında dövlət başçısı qaz təsərrüfatında görülən işlərlə yanaşı, bu sahədə şəffalığın olmasının vacibliyinə də bildirib:
«Qazlaşma ən yüksək səviyyədədir, və biz maksimum istifadə etməliyik imkanlardan ki, indiyədək qaz almayan kənd və şəhərlərə də qaz çəkək».
Dövlət başçısı bildirib ki, şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır: «Bununla bağlı müvafiq göstərişlər verilib, işlər güörülür ki, keyfiyyətli qaz verilsin».
İlham Əliyev deyib ki, «Aəriqaz» tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır:
«Çünki mənə məlumat verilir ki, «Azəriqaz» özü birtərəfli qaydada hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlr yaradır. Buna son qoylmalıdır və burada maksimum şəffaflıq və ədalət olmalıdır. Yerlərdən siqnallar gəlir ki, həm sayğaclar, həm də qazın keyfiyyəti ilə bağlı problemlər olur, onlar aradan qalırılmalıdır».
İlham Əliyev “Azəriqaz”a xəbərdarlıq etdi
21:47
30 Aprel 2019