Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb:
“Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.
Qeyd edək ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad olmaqla, iki nəfər həyatını itirib.
Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının qəsdən törədilməsi ehtimalı var.
Eləcə də bax: Babək prospektində yol yenə çökdü - VİDEO