22 dekabr 2018 12:35

Orta əsrlərin maliyyə tarixi dərsi - TÜLPANOMANİYA

Bir qədər əvvəl kriptovalyutaların, o cümlədən bitkoinin qiymətinin inanılmaz surətli artımını ekspertlər «maliyyə köpüyü» adlandırırdılar. Bu doğrudan da belə oldu – son bir ildə bitkoin 6 dəfə ucuzlasaraq 19,5 min dollardam 3,4 min dollara enib.

Amma tarixdə belə misallar minlərlədir – sürətlə bahalaşan və gəlir gətirən məhsullar sonradan investorlar üçün əsl faciəyə çevrilir.

Ən maraqlı tarixi misallardan biri 17-ci əsrdə Hollandiyada baş verib. FED.az orta əsrlərin ibrətamiz maliyyə ajiotajlarından biri olan və «tülpanomaniya» adlanan hadisəni təqdim edir. 

Eləcə də bax: Savadsız və təcrübəsiz birinin - QURDUĞU ŞİRKƏT

 

Səfir türk sultanının bağında ilk dəfə tülpan görür

Tülpanlar Şərqdə çoxdan məşhur idi, onlara ilk maraq hələ qədim fars ədəbiyyatında yer alır. Avropalıların tülpanla tanışlığı isə 16-cı əsrdə baş verir. 1554-cü ildə Avstriya imperatorunun səfiri Ojye Jislen de Busbek türk sultanının bağında ilk dəfə tülpan görür. Səfir gülləri o qədər xoşlayır ki, onların tumurcuqlarından bir qədər alıb Vyanaya göndərməyi qərara alır. Tülpanlar Vyana dərman bitkiləri bağına qismət olur. Burada onları məşhur holland bağbanı və botaniki Klyuzius görür. Artıq Klyuzius tülpanların tumurcuqlarını öz ölkəsinə – Hollandiyaya gətirir. Burada güllər çox məşhurlaşır. Əsrin sonunda tülpanlar fransız və alman aristokratisyasının rəngi sayılırdı, sonradan güllərin nüfuzu bütün Avropaya yayıldı. Hollandiyada isə tülpanlar qısa müddət ərzində böyük məşhurluq qazandı.

Artıq 17-ci əsrdə hollandiyalı bağbanlaın çoxu tülpan becərə bilirdi, nəticədə bu sahə zadəganların nəzarətindən çıxaraq gəlirli bir biznesə çevrildi. Tarixçilərin və araşdırmasçıların çoxu, həmin dövrü Hollandiyanın qızıl dövrü adlandırırdılar. Bir tərəfdən də qiymət spekulyasiyaları Tülpanomaniya adı ilə məşhur olan dövrə gətirib çıxardı. 1636-1637-ci ildə tülpan toxumlarına tələbat ən yüksək həddə çatdı. İş elə br şəkil aldı ki, bəzi mütəxəssislər indi Tülpanomaniyanı ilk əsl maliyyə köpüyü adlandırdılar.

Bu köpük 17-ci srdə Hollandiyada yaranaraq elə həmin vaxt da partladı.  Amma bu hollandlar üsün təsirsiz ötüşmədi – tülpanlar indi də tülpanlara məhəbbəti qoruyub saxlayıblar, tülpanlar ölkənin xaricə ixracının əsasını təşkil edir.


Eləcə də bax: Avropanın ən varlı ailəsi Azərbaycanda -  ROTŞİLDLƏRİN «QIZIL GENLƏRİ»
 

Günah iqtisadi çiçəklənmədədir

XVII əsrdə tacirlərin səyi ilə Birləşmiş əyalətlər (həmin dövrdə Hollandiya ərazisi belə adlanırdı) Avropada ən zəngin oldu. Yeni dünyada gümüş mədənlərinin və Hindistana yeni ticarət yollarının açılması səbəbindən Avropada heç bir vaxt olmadığı qədər böyük həcmdə pul toplanmışdı və imkanlı şəxslər onları xərcləməyə çalışırdılar. Amma artıq 1620-ci ildə ölkə İspaniya ilə müharibə və blokada səbəbindən depresiya vəziyyətində idi. 1631-1632-ci illərdə isə tənəzzül iqtisadi yüksəlişlə əvəz olundu. Ost-İndia və Yaponiya ilə ticarət demək olar ki, tamamilə hollandların əlində idi, onlar Karib adalarının bir hissəsini də ələ keçirdilər, və hətta hindlilərdən Manhetteni satın alaraq Nyu-York şəhərinin təməlini qoydular.  

 

Bu dövrlərdə Hollandiya tam şəhərləşmişdi. Ölkə iqtisadiyyatının böyük hissəsi Avropanın digər ölkələrində olduğu kimi kənd təsərrüfatının deyil, manufakturalar, bank işi və ticarətin payına düşürdü. Eləcə də ölkədə gəmiqayırma, nəqliyyat, tekstil istehsalı, maliyyə sektoru və sənaye balıqçılığı inkişaf etmişdi. Avropanın demək olar ki, bütün gəmiləri burada tikilirdi. Böyük donanmaya malik olmaqla bu ölkə metal, taxıl və digər xammalın daşınmasına nəzarət edə bilirdi.

 

İkincisi, Hollandiyanın maliyyə bazarı kifayət qədər inkişaf etmişdi. Amsterdamda Avropanın digər ölkələrinin borcları, xammal fyuçersləri, səhmləri satılırdı, artıq opsionlar məlum idi.

Üçüncüsü, makroiqtisadi mühitin ümumi əlverişli vəziyyətindən başqa pul təklifi həcminin vəziyyəti də mühüm idi. Tədqiqatçılardan biri iddia edirdi ki, 1630-cu illərdə Latın Amerikasında qızıl mədənlərinin açılması səbəbindən Amsterdamda sikkə və külçə dövriyyəsi kəskin şəkildə artmışdı.

Eləcə də bax: Pul əzizdir, yoxsa əqidə? – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ

 

İnvestisiya cəlbediciliyi

Tülpanların məşhurlaşmasında, onların bir bitki kimi spesifik özəllikləri də rol oynadı. Onların investisiya aktivi kimi xüsusiyyəti ondan ibarət idi ki, yeni növlər olduqca ləng çoxalırdı. Bir tumurcuq növbəti ilə yalnız iki yenisini, iki il sonra – dördünü, üç il sonra – səkkizini və s. verə bilirdi. Özü də, əgər çiçəyə baxan iki soğanaqdan birini satırdısa, o, növbəti digər illər üçün də artımdan məhrum olurdu. Deməli yeni növdən olan soğanağının bazarda kifayət qədər sayda olması üçün üçün on il, tülpanların toxumlar vasitəsi ilə çoxalması halında isə yeddi il lazım olurdu. Başqa sözlə, bu «şıltaqlıq»lara görə, Hollandiyada tülpanların nadir növlərinin qıtlığı var idi. Bəzi növlərin qıtlığı onunla izah edilir ki, məsələn, tülpanların Semper Augustus kimi növü digərlərinə nisbətən daha tez-tez yoluxmaya məruz qalırdı və onların sağlam növləri neçə ildə bir dəfə yaranırdı.

 

1630-cu illərdə məlum oldu ki, tülpanların soğanaqlarının ticarəti ilə pullar qazanmaq olar. Qarberin fikrincə, buna səbəb Fransada soğanağa artan yüksək tələbar oldu ki, burada həmin çiçək, xüsusi ilə də XII Lyudovikin sarayında dəbə minirdi, bir ədəd nadir növdən olan kəsilmiş tülpan 1000 quldenə satılırdı. Həmin dövrlərdə isə Paris dəb mərkəzi kimi tanındığından Paris dəbini İrlandiyadan Litvaya qədər bütün Avropa əxz etdi, nəzərə alsaq ki, əyalətdə dəb Parisdən 10-20 il geri qalırdı, tülpanın məşhurluğu uzun illər üçün təmin edilmiş olurdu.

 

Tülpanlar Niderlandda çox tez dəbə mindi və xüsusi ilə varlılarda kifayət qədər böyük təlabat yaratdı. Dükançılar və tacirlər mümkün olan qədər çox sayda nadir növlərdən olan qəribə çiçəkləri almağa can atırdılar və onları ağlasığmaz qiymətə alırdılar. Məsələn, Xarlemdən olan bir tacir cəmi bir soğanağa görə öz sərvətinin demək olar ki, yarısını vermişdi, sadəcə ona görə ki, öz tanışlarının qarşısında bununla lovğalansın. 


Eləcə də bax: Uşaqlarınızı zəngin olması üçün öyrətməyin - Stiv Jobs
 

Maliyyə möhtəkirlikləri

Tülpan soğanaqları orta hollandiyalılar üçün əlçatan olan dövrdə həmin çiçək artıq maliyyə möhtəkirliyi obyektinə çevrildi. Bütün ölkə sonralar “tülpanomaniya” adlanacaq ağlasığmaz bir həvəsə aludə olmuşdu. Tacirlər öz şəxsi malların dəyər dəyməzinə satırdılar ki, əldə etdikləri pulları arzulanan soğnaqları almağa sərf etsinlər. 1634-cü ildə tülpan «xəstəliyi» bütün şəhərlərə - Utrext, Leyden, Amsterdam, Alkmar, Horn, Rotterdam, Xarlem, Enkheyzenə yayılmışdı. Tülpan alveri istiqraz və səhmlərin satışından dha çox pul gətirirdi.

 

Sürətlə artan qiymətlərə görə, Hollandiyanın gül bazarına tezliklə varlaqmaq istəyən yeni alıcılar axışırdı. 1636-da nadir tülpan növlərinə təlabat o qədər artdı ki, onlar birjalarda da alınıb-satılmağa başladı.

Müasirlərdən biri yazırdı ki: «Zadəganlar bacatəmizləyəndən tülpanları 2000 florinə alır və dərhal da onları kəndliyə satırdı, amma bu zaman nə zadəganın, nə bacatəmizləyənin, nə də kəndlinin tülpan soğanağı yox idi, onlar heç bunu əldə etməyə can da atmırlar. Bununla da, torpağın yetişdirə bildiyindən qat-qat artıq tülpan alınıb satılırdı».

Kənd meyxanələri və karvansarayları əsl çiçək birjalarına çevrilirdi.  Uğurlu sövdələşmə isə elə buradaca səs-küylü yemək-içmək məclisi ilə qeyd olunurdu. Xarlem birjası tülpanların satışı üçün əsas mərkəzə sevrilmişdi. Burada cəmi 3 il ərzində süni artırılmış qiymətlər hesabına tülpanlarla sövdələşmələrin ümumi məbləği astronomik rəqəmə - 10 milyon quldendən çox məbləğə gəlib çatmışdı. Misal üçün, hamıya yaxşı məlum olan Ost-Hindistan şirkətinin cəmi birja dəyəri elə həmin məbləğə bərabər idi.

 

Biznesdən, evdən və torpaqdan da baha

Soğanağın qiyməti dayanmadan artırdı. 1623-cü ildə «Semper Avqust» növü 1000 florin idi, «tülpanomaniya»nın ən qaynar dövründə isə bir soğanaq 4600 florinə, bir cüt boz ata, tam qoşqu dəsti və yeni karetaya satılırdı. Misal üçün, inəyin qiyməti cəmi 100 florin idi. Bir qədər sonra isə 40 ədəd soğanaq 100 min florinə satılaraq rekord həddə çatdı. Tələbat dayanmadan artdığına görə, qiymət də artırdı. Tülpanlara orta gəlirli insanlar da maraq göstərəndə, satış üsulları dəyişdi: artıq tülan almaq üçün əvvəlcədən avans ödənilir və ya alıcının şəxsi əşyaları girov qoyulurdu.

 

İş o yerə çatmışdı ki, nadir bir nüsxəni almaq üçün dəyəri 30 min florin olan bütöv bir pivəxana verilmişd. Həmin dövrlərin məşhur rəssamə Yan van Qoyen isə 10 əddə tülpan almaq üçün Haaqadakı bir alverçiyə 1900 florin beh vermiş, girov qismində isə Solomon van Ruysdalın rəsmini vermiş və əlavə olaraq da bir rəsm əsəri yaratmaq öhdəliyi götürmüşdü. 

 

Adamlarda belə bir fikir formalaşırdı ki, tülpanlar zəngin olmağın təminatıdır. Sadəcə çoxlu soğanaq almaq, qiymətlər qalxan kimi isə onları sərfəli qiymətə satmaq lazımdır. «Zadəganlar, şəhərlilər, fermerlər, mexaniklər, dənizçilər, lakeylər, xadimələr, bacatəmizləyənlər, əntiq tacirləri - hamı tülpan alverinə girişmişdi. Evlər və torpaqlar dəyər-dəyməzinə satılır, və bu pullar tülpan almağa xərclənirdi.. Epidemiya elə yoluxucu idi ki, hər tərəfdən Hollandiyaya pullar axırdı»- deyə fransız psixoloqu ,Sadis yazırdı.

Eləcə də bax: Türkiyədə Cümhuriyət dövründən qalan şirkətlər – SİYAHI

 

Köpük partladı

1636-1637-ci ilin qışı tülpanomaniyanın pik nöqtəsi oldu. Yalnız bircə ədəd soğanaq 5200 quldenə (60 min dollara yaxın) satılırdı. Bu vəziyyət uzun müddət davam edə bilməzdi və bir dəfə, 1637-ci ilin fevralında artıq adiyə çevrilmiş Xarlemin tülpan soğanağı hərracında yatırımlar olduqca tez başa çatdı. Yüksək qiymət verilən tülpanlar cəmi bir gün əvvəlki qiymətindən olduqca aşağı dəyərə satılmağa başladı.

 

Tülpanların qiyməti aşağı düşdüyündən tacirlər dərhal təşvişə düşüb və öz mallarını satmağa başladılar. Bazarda təklif tələbi kəskin şəkildə üstələdi. Əksər hollandlar qəfildən başa düşdülər ki, onların vaxtilə baha qiymətə aldıqları tülpanlar ucuz bir şeyə çevrilib. Keçmişdə imkanlı olan tacirlər indi kasıblıq həddinə düşmüşdülər, əksər zadəganlar isə müflisləşmişdi. Hollandiya iqtisadiyyatı elə titrəməyə düşdü ki, buna hökumət müdaxilə etməli oldu.

 

Tülpanların alqı-satqısı bağlı bütün müqavilələr dayandırıldı. Bundan sonra problemin həlli şəhər magistrlərinin ixtiyarına verildi. Amsterdamda qərara gəldilər ki, bütün müqavilələr qüvvədə qalır, tülman həvəskarları və çiçəkbecərənlər isə istəsələr məhkəməyə müraciət edə bilərlər. Digər şəhərlər (Xarlem, Alkmar) isə elan etdilər ki, bütün tülpan müqavilələri qeyri-qanunidir.

Başqa sözlə, bizim indi «tüopanomaniya» adlandırdığımız vəziyyət, o vaxt yaxşı və ağıllı investisiya sayılırdı.

 

1637-ci ilin hadisələrinə qədər tülpan alan şəxslər nadir hallarda pul itirirdilər. O vaxta qədər tülpanların qiymətinin şişirdilməsi haqqında danışanları hamı susdururdu. Böhran isə qəfil baş verdi. 1637-ci ilin fevralından soğanaq istehsalçıları, floristlər və hollandlar arasında koordinasiya yaratmaq üçün bütün cəhdlər uğursuzluqla bitdi. On minləlrlə dollar dəyəri olan  soğanaqlar artıq heç bir dəyərə malik deyildi.       

 

Amma cəmi iki ildən sonra nadir tülpan növləri bazarı özünə gəldi. Tülpanların qiyməti yenə də minlərlə quldenə yaxınlaşmağa başladı. Sonra növbəti qiymət enişi başladı, lakin bu dəfə o, aramlı idi. Bunun ardınca tülpan təsərrüfatları da azalmağa başladı. Hazırda rəngarəng ləçəkli nadir tülpan övləri qalmayıb. 1636-1637-ci illərdə məşhur olan rəngarəng tülpanlardan bizim günlərimizə yalnız «Zommerschoon» gəlib çıxıb.

 

Maniya qaldı

Qeyd etmək lazımdır ki, çiçək «maniyaları» zaman-zaman, həm XVIII əsrdə, hətta XX əsrin sonunda belə bir neçə dəfə baş vermişdi. 1703-cü ildə Osmanlı imperiyasının başına III Əhməd gəldikdən sonra burada 27 illik «tülpan əsri» başladı. Yeni sultan İstanbul cəmiyyətində tülpanomaniyanın yeni dalğasını oyandırdı. Hollandiyada baş verən hadisələr məlum olduğundan açıq möhtəkirliyə yol verilmədi (sultan tülpan soğanaqları ilə ticarət edəcək çiçəklərin sayını məhdudlaşdırdı, əyalətlərdə onların alverini qadağan etdi və müəyyən qiymət çərçivələri müəyyənləşdirdi). Əhmədin hakimiyyətinin başa çatmasından sonra onun aludəçiliyi də sona çatdı, tülpan növləri isə baxımsızlıqdan məhv oldu. Hollandiyanı isə həmin illərdə yeni «xəstəlik» - sünbülçiçəyi titrətməsi bürümüşdü, lakin onun miqyası yüz il əvvəl olduğu kimi nəhəng deyildi və qısa bir dövrdən sonra sünbülçiçəyi ajiotajı da ötüb keçdi. Daha yüz il sonra 1838-ci ildə Fransada gerogin titrətməsi başladı, özünün ən pik nöqtəsində bu çiçəyin kolları 60000 frankdan bir qədər baha satılırdı. 1912-ci ildə Niderlandda qısa bir dövr üçün qladiolus soğanaqları ajiotajı başladı ki, bu Birinci Dünya müharibəsinin başlaması ilə sona çatdı. Məşhur çiçək maniyalarından ən sonuncusu isə 1980-ci illərdə Çində baş verdi ki, o, parlaq likoris (bataqlıq zanbağı) dekorativ bitkisi ilə əlaqəli idi. Ən yüksək zirvə nöqtəsində bir soğanağın qiyməti 200 min yuan təşkil edirdi ki, bu da ixtisaslı çinlinin 300 illik əmək haqqına bərabər idi.     

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz