Yunanıstan 3 ay müddətinə bütün Rusiya təyyarələri üçün öz hava məkanından istifadəni qadağan edib.
Eləcə də bax: Avropanın üç ölkəsi Rusiyaya öz hava məkanını - BAĞLAYIB
FED.az xəbər verir ki, bu barədə Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya aviadaşıyıcılarının Yunanıstanın milli hava məkanından istifadəsini qadağan edən aviasiya direktivi Avropa İttifaqının öz hava məkanını Rusiya Federasiyasına bağlamaq qərarından sonra tətbiq edilib.
Həmçinin qeyd olunur ki, Rusiya aviaşirkətlərinə və ya Rusiyanın nəzarətində olan aviaşirkətlərə məxsus təyyarələrin, o cümlədən şəxsi təyyarələrin Yunanıstana enməsi, Yunanıstandan qalxması, hava məkanına daxil olması və oradan keçməsi qadağandır.
Aviasiya direktivinə humanitar maraq daşıyan uçuşlar, tibbi uçuşlar və Yunanıstan hökumətinin icazəsi ilə axtarış-xilasetmə uçuşları, eləcə də bütün fövqəladə uçuşlar istisna olunur.
Qadağa fevralın 28-də qüvvəyə minib və üç ay müddətində qüvvədə olacaq. (Apa)